Soyutma mayyeləri / Antifrizlər

Soyutma mayyeləri / Antifrizlər

Havoline Antifreeze/Coolant

Havoline AFC (Antifreeze-Coolant)  ən son nəsil avtomobillərin mühərriklərində istifadə üçün yeni tip yüksək koefisientli əlavələrli etilenglikol  əsasında yaradılmışdır . İstənilən sənayə və avtomobillərin daxili alışmalı mühərriklərinin soyutma sistemində , həmçinin qara metaldan aliminium və mis qarışığından hissələri olan mühərriklərdə, həmçinin bu materiallardan radiatorlarda tətbiq olunur.

Universal Antifreeze/Coolant

Etilenglikol əsasında yaradılmış , yaxşılaşdırılmış temperatur xarakteristikalı (qaynama/donma) soyuducu maye. 50/50 nisbətində distilə edilmiş su ilə qarışdırılan antifriz istifadəsi üçün hazır hesab olunur

Delo XLI Corrosion Inhibitor Concentrate

Delo XLI  mühərrikin suda olan istənilən metal hissəsi, o cümlədən dəmir, polad, latun, mis və lehimlərini  korroziyadan geniş müdafiəsini təmin edən aşağı toksinli , ekoloji təmiz konsentrat inhibitor. Müntəzəm əlavələrin edilməli olduğu adi korroziya inhibitorlarından fərqli olaraq Delo XLI  özünün patent olunmuş geniş korroziya inhibitor xüsusiyyətlərinə görə inhibitorların müntəzəm əlavələr ehtiyacını aradan qaldırır. Delo XLI  yol və yolsuzluq şəraitində istismar edilən mühərriklərin  600 000 mil/12, 000 saat / 8 il ərzində stasionar mühərriklərin isə 3200 saat/8 il ərzində mükəmməl müdafiəsini təmin edir.

Havoline Universal Coolant

Antifriz/soyuducu maye Havoline Universal avropa, asiya, amerika (OEM)1 istehsalçılarının minik avtomobilləri və az tonnajlı yük avtomobillərinin yanacaq növündən asılı olmayaraq  bütün marka və modeləri üçün işlənib hazırlanmışdır. Minik və az tonnajlı yük avtomobillərinin sisteminə soyuducu məhlulunun rəngini dəyişmədən əlavə edə bilməsi üçün  Havoline Universal sarı rəngə boyanmışdır. Soyuducu sistemin zəmanətli texniki baxışının tələb olunmadığı hallar üçün universal soyuducu kimi istifadəsi tövsiyyə edilir. Bu məhlulun başqa materiallarla qarışdırılması onun uzadılmış xidmət müddətini azalda bilər.

Delo Extended Life Coolant/Antifreeze – Nitrite Free

Etilengikol əsasında hazırlanan soyuducu maye ağır yüklənməli dizel mühərrikləri, həmçinin azot kislotası duzlarını olmayan maye gərəkən stasionar avadanlıq üçün nəzərdə tutulmuşdur. Tərkibində , patent olunmuş xüsusi orqanik korroziya(karboturşular)  inhibitoru vardır. Tərkibində azot, bor, fosfor turşu duzları yoxdur, buna görə də əsasən avtotraktor texnikasında istifadə olunan altı əsaslı metal birləşmələrin maksimal müdafiəsini təmin edir. Delo ELC NF tərkibində əlpin yaranmasına səbəb olan fosfat və silikatlar yoxdur. Bu soyuducu mayelərin tərkibində  daha az həll olunmuş abraziv hissələr vardır ki, bu da su nasoslarının aşınmasını azaldır və onların istismar müddətini uzadır. Delo  ELC NF üçün tövsiyyə olunana  dəyişmə intervalı – 6il/ 960 000 km/ 12000 saat.

Delo Extetended Life Antifreeze/ Coolant

Delo Extended Life Coolant System – forsajlanmış mühərriklər üçün soyutma sistemin məhlullarının istehsalında patentlənmiş təbii  korroziya inhibitoru mövcuddur. İstənilən sənayə və avtomobillərin daxili alışmalı mühərriklərinin soyutma sistemində tətbiq olunur.

Havoline Dexcool Extended Life Antifreeze/ Coolant

Narıncı rıngli karboksilatlı soyuducu mayelər monoetilenglikol və patentləşdirilmiş təbii aşqarlar əsasında istehsal olunur ki, bu da istifadə intervalını 240.000/5 ilədək uzadır. Tərkibində yüksək temperaturda abraziv hissələr yaradıb, su nasosunun qatılaşdırıcılarına təsir edэ biləcək silikatlar yoxdur. Soyuducu sistem GM DEX-COOL tələblərinə cavab verir və GM6277M təsdiqi mövcuddur.  Ford WSS-M97B44-D tələblərinə cavab verir və ASTM D3306, D2809, D4985, D1384 tələblərinə tam uyğundur.

Delo Extended Life Coolant/Antifreeze 60/40 B

Bu məhsul, əlavə müdafiə üçün nitrit və molibdatların olmasını tələb edən ağır sistem şəraitləri üçün bir fazalı  etilengilikoldur.  Müxtəlif soyutma sistemlərində istifadəsi tövsiyyə edilir, o cümlədə yol, yolsuzluq və stasionar mühərriklərdə. Həmçinin ağır və yüngül yük avtomobillərinin  işinin müşahidə olunduğu naviqasiya qarışığında tövsiyyə edilir.

OEM istehsalçıları tərəfindən tövsiyyə olunub.

Dexcool Extended Life Antifreeze/Coolant

Patentləşmiş Chevron karboksilat texnologiyası əsasında istehsal olunmuş, monoetilenglikol əsasında universal soyuducu məhluldur. Bu aşqarlar texnologiyası adətən mühərrikin soyutma sisteminin istehsalında tətbiq olunan altı əsaslı metal birləşmələrin maksimal müdafiəsini təmin etmək üçün

qoruyucu komponenet kimi nitratlara, fosforlara, boratlara və aminlərə ehtiyacı aradan qaldırır. Chevron DEX-COOL Extended Life Antifreeze/Coolant daxili alışmalı -5 il və ya 150.000 mil yürüyüşlü bütün mühərriklər üçün yeni soyutma mayesi nəsilidir. Xarakterik fluorsinent narıncı rənglidir.

HDAX Prediluted 50/50 Coolant/Antifreeze Phosphate Free

HDAX Prediluted 50/50 Coolant/Antifreeze PF – qaz mühərriklərində ağır şəraitdə şossedə istifadəsi nəzərdə tutulan bir fazalı etilenqlyukol əsaslı aşağısilikantlı soyuducu maye- antifrizdir. Silikat texnologiyalarda istifadə olunur və aşqarların maksimal müdafiəsini təmin etmək üçün əsas metal ərintilər sistemlərinin əksəriyyətində istilik mübadiləsinin ilkin bəstənməsi olan tam paketini saxlayır. Bu fosfat məhsul genişıniqyaslı su xərclərinin azaldılması üçün nəzərdə tutulub. Laynerin əlavə müdafiəsi üçün tərkibində nitrit vardır. Bu məhsul açıq-bənövşəyi rəngdədir, və müxtəlif yanacaq mənvələrindən istifadə edən stasionar mühərriklər üçün istifadə olunur.

Heavy Duty Coolant/Antifreeze Phosphate Free GRN

Heavy  Duty Antifreeze Phosphate Free GRN etilenglikol  əsasında hazırlanmış birfazalıdır.  Dizel mühərrikləri üçün konsentrant formasında yüksək davamlılıqlı soyuducu məhluldur. Bu maye yanacaq növündən asılı olmayaraq  stasionar və yolsuzluq mühərriklərində, həmçinin ASTM D3306, TMC RP 329 və ya ASTM D6210, ASTM D3306, ASTM D6210, TMC RP 329 və  RP-302A  tələblərinə cavab verən soyuducu mayenin istifadə olunduğu hərbi dəniz donanmasında  istifadə olunur. Heavy  Duty Antifreeze Phosphate Free GRN: Caterpillar, Cummins, Detroit Diesel, Ford (ESE-M97B44-A tələb olunan), Freightliner, General Motors, Volvo, John Deere, Mak yük maşını, PACCAR (Peterbilt və Kenworth) və.s. daxıl olmaqla nəqliyyat vasitələsinin ağır və yüngül mühərriklərinə tövsiyyə olunur.

Supreme Antifreeze/Coolant

Supreme Antifreeze/Coolant —etilengilkol əsasında , yaxşılaşdırılmış temperatur  (donma/qaynama) xarakteristikalı soyuducu maye. Chevron Supreme Antifreeze/Coolant tərkibində az miqdarda silikat vardır , universal soyuduculudur, avtomobillərin dizel və benzin, xüsusilə aliminium ərintiləri olan mühərriklərində istifadə üçün nəzərdə tutulub.

FleetFix Conversion

FleetFix Conversion dəstində refraktometr və Delo ELC 50/50 antifrizdən başqa  soyutma sisteminin adət ediləndən və ya tam formulalı antifrizdən uzun xidmət müddətli antifrizə keçirilməsi üçün  bütün gərəkli materiallar vardır.

Heat Transfer FL P150

Chevron HTF P-150 sənayedə olan  istilik ötürülməsi proqramlarında və həm də soyuducu maye/antifriz kimi istifadə olunan yüksək keyfiyyətli birfazalı, silikatlı, propilenqlikol konsentratdır . İstilik mübadiləsində və soyutma sistemində, həmçinin avadanlıq istehsalında (OEM) istifadəsi tövsiyyə olunur.

Heat Transfer Oil (Grades 22, 46) HTF E100

Yüksək temperaturlu Heat Transfer Oils istilik daşıyıcıları –ikincidərəcəli və ya dolayı  isitmə sistemlərində istifadə olunan mineral tipli istilik daşıyan yağlardır. Tərkibinə ISOSIN ™ təməl yağları daxildir. Mazut , qaz və ya elektrikin, mayenin isitilməsi üçün istifadə olunduğu və  sonra istiliyin gərəkli istifadəsi yerinə çatdırıldığı istilik mübadilə sistemlərində istifadəsi tövsiyyə edilir.

HTF P200

HTF P 200 yüksək keyfiyyətli, duru istilikdaşıyıcı konsentrat əsasında hazırlanmış birfazalı propilenglikolemdir (USP).  Bu soyuducu məhlul Federal heyvandarlıq və quşçuluq proqramına uyğun olaraq quşların qablaşdırılmasında və ya ətin bükülməsi zamanı  dondurucu avadanlığın daldırılması və püskürtməsində istifadə üçün nəzərdə tutulmuşdur. Chevron HTF P 200 Federal heyvandarlıq və quşçuluq yoxlanış proqramına uyğun çalışan rəsmi təşkilatlarda elə istifadə olunmalıdır ki, birbaşa və ya dolayısı yolla qida məhsullarının kirlənməsinin qarşısı alınsın. Antifriz seçimi çox önəmli andır, çünki nəqliyyat vasitənizin uzunömürlülüyü və güvənirliliyi ondan asılıdır.