STS International şirkəti avtomobillərin ekspress-yağdəyişməsi üzrə ilk rəsmi servis mərkəzini müştərilərinin ixtiyarına verdi.
STS International şirkəti gələcək müştərilərini əmin edir ki, ekspress-yağdəyişmə üzrə servis mərkəzinə müraciət edən avtomobil sahibləri təcrübəli personal tərəfindən yüksək keyfiyyətli xidmətlərlə təmin olunacaq. STS International şirkətinin rəsmi yağdəyişmə mərkəzində istehlakçılara təqdim olunacaq bütün məhsullar (Havoline, Delo, Supreme, Ursa ticarət nişanları) ABŞ-ın, Chevron Lubricants şirkəti tərəfindən istehsal olunmuşdur.
STS International şirkəti yeni satış sonrası servis mərkəzinə müraciət edəcək bütün avtomobil sahiblərinə 5-31 Mart 2014 tarixlərində xüsusi kuponlar təqdim edəcək ki, bu kuponlar vasitəsilə servis xidmətlərindən istifadə edən avtomobil sahibləri növbəti seçimlərdən birini: Yanacaq (5AZN), business lunch, avtoyuma pulsuz əldə edə biləcəklər.
http://az.trend.az/capital/business/2250096.html