Məhsullar haqqında

ph2

 

Mühərrik yağı sizin nəqliyyat vasitənizin istismarında önəmli rol oynayır.  Müvafiq olaraq onun seçimində çox ehtiyyatlı olmaq lazımdır. Hər il avtomobil bazarında özlərini ən yaxşı kimi təqdim yeni brendlər yaranır.  Lakin biz kor-koranə marketinq şüarlarına  inanmağı tövsiyyə etmirik!

Chevron Lubricants sürtkü məhsullarının geniş çeşidi

Şirkət  – avtomobillər və motosikletlər üçün mühərrik yağlarından, istehsalatın müxtəlif istiqamətlərində tətbiq olunan  aqreqatlar üçün xüsusi məhsullara qədər bir çox yüksək texnologiyalı sürtkü materiallarının hazırlanmasında ixtisaslaşır.

Siz gərəkli olan hər bir şeyi bizdə tapa bilərsiniz!

Keyfiyyət üzrə standartlar API, ACEA, JASO, QOST

Chevron Lubricants məhsullar öz keyfiyyətinə görə beynəlxalq standartların istismar tələblərini üstələyir, o cümlədən:

API (ABŞ)
ACEA (Avropa birliyi)
JASO (Yaponiya)
QOST (Rusiya).

Istehsalat texnologiyası

ISOSYN baza yağlar.

icon_ISOSYN1984-ci ildə başlayaraq, Chevron baza yağlarının istehsal texnologiyasının inkişafında inqilabi addım atıb. İSOSYN adı altında şəxsi hidropress texnologiyası ilə kristal təmiz baza yağlarını istehsal edir. İSOSYN baza yağları bütün göstəricilərinə görə yarımsintetik yağlarla eynidir, hətta bəzi göstəricilərinə görə üstünlük təşkil edir. Hal-hazırda Chevronun mühərrik və transmissiya yağlarından başlamış sənaye yağlarına qədər  bir çox sürtkü materialları  İSOSYN baza yağları əsasında istehsal olunur. Chevron şirkətinin məhsullarını aldığınız zaman siz əmin ola bilərsiniz ki, hidropress texnalogiyası ilə istehsal olunan  sürtkü materialları sizi nə soyuq nə də isti havada yarı yolda qoymayacaq. Hidropress texnologiyası ilə istehsal olunmuş məhsullarda etiketin üz tərəfində xüsusi işarə mövcuddur.

Solvent ekstraktı və hidropress texnologiyası ilə istehsal olunmuş baza yağları arasındakı fərqi hiss etmək üçün böyük bir texniki mütəxəssis olmaq lazım deyil.

Keyfiyyət  zəmanəti

Chevron öz məhsullarından o qədər əmindir ki, «Warranty Plus» zəmanəti təqdim edir. Chevron sürtkü materiallarının avadanlığa, o cümlədən istənilən ehtiyyat hissəsinə vurduğu zərərin ödənilməsi. Bütün problemlərin həlli və Chevron mütəxəssislərinin texniki məsləhətləri. Bu zəmanətin əhatə etdiyi məhsullar xüsusi işarə ilə  qeyd olunur.

Chevron Lubricants şirkəti yüksək keyfiyyətli sürtkü materiallarının yaradılması üçün, araşdırma və tətqiqatlara illərini sərf etmişdir. Hər il bu məqsədlə milyonlarla  ABŞ dolları investisiya sərf edlir. Chevron Lubricants məhsulunu əldə edərkən siz keyfiyyətdən 100% əmin ola bilərsiniz.


STS International şirkətin sertifikatları

Sizin avtomobilin mühərrikinə uyğun sürtkü məhsularının seçilməsi

Əgər siz mühərrikinizə hansı yağın ən yaxşı uyğun gəldiyini bilmirsinizsə, siz STS International  şirkətindən məsləhət ala bilərsiniz. Bunun üçün vasitəsinin kateqoriyasını, modeli, markası və növünü göstərməlisiniz. Sizin avtomobilin mühərrikinə uyğun olan mühərrik yağını sizin üçün seçəcəklər.

Təsdiq məktubları

https://cpln-www1.chevron.com/lubricants/oemappds.nsf/