Metal emalı üçün sürtkü materialları

Metal emalı üçün sürtkü materialları

Quenching oil 70

Quenching oil 70 yağı soyumaya nəzarəti təmin etmək və poladbərkimə prosesində yağlamaq üçün yaradılmışdır. Məhsul yüksək termik müqavimətə malikdir,  əlavələr tələb etmir, normal istismar şəraitində  sabit ilkin özlülüyünü saxlayır. Hamar səthi təmin etdiyinə görə Quenching oil 70 yağı  detalların səthinin cilasını qoruyub saxlamaq üçün tövsiyə edilir.

Bright-cut Metalworking fluids NHG, NL, NM, AM, AH, AXH, AD

Bright-Cut Metalworking fluids – kəsmə və frezləşmə əməliyyatları üçün xlorsuz mayelərin bitkin seriyasıdır. Kəsmə əməliyyatlarına tələb olunan adi yağlarla müqayisədə xeyli üstünlükləri vardır. Unikal sintetik qaynağa qarşı komponentlər xloru  əvəz edir və mürəkkəb kəsmə əməliyyatlarında lazım olan  kükürdün və yağın miqdarını azaldır.  Onlar emal zamanı yaxşı görmək üçün açıq rəngdədir, iyi kəskin deyil. ISOSYN təməl yağlarının (hidroproses) əsasında yaradılmışdır, yağın xidmət müddətini artırır, mayenin ani alovlanma temperaturunun artması, həmçinin  ətirlənmə və tüstülənmə buxarlarının səviyyəsinin  aşağı salınması ilə iş yerlərinin təhlükəsizliyini təmin edir.

Soluble oil B, NB, HD

Chevron Soluble oil В – su ilə asan qarışaraq emulsiyalaşan yağdır, həmcins və çox davamlı emulsiya yaradır.  O, qara və rəngli metalların dəzgahda emalında, xüsusilə karbonlu və yüksəksürətli polad, və ya volfram karbid alətlərin tətbiqi zamanı istifadə edilir. Yağ bakteriyalara, acılaşma və dəzgahın yağyığan hissəsinin iyinə qarşı səmərəli biosidlərdən ibarətdir.