Chevron sürtgü materialları sahəsində əsas mükafatı qazandı

chevron__150414

Chevron Lubricants, Chevron Oronite və Chevron Energy Technology şirkətlərindən ibarət birləşmiş komanda avtomobil sürtgü materialları sahəsində tədqiqatlara görə avtomobil sənayesinin Avtomobil Mühəndisləri İcması (AMİ) (Society of Automotive Engineers, SAE) tərəfindən verilən ən nüfuzlu mükafatlarından birini qazanmışdır. Rəsmi mükafatlandırma mərasimi 2014-cü ilin aprel ayında Detroytda keçiriləcəkdir.

AMİ İnternational təşkilatı müxtəlif sahələrdən – avtomobil (minik avtomobilləri istehsalında), kommersiya və xüsusi nəqliyyat vasitələrindən, həmçinin kosmos sahəsindən 138.000-dən artıq iştirakçını özünə daxil edir. AMİ İnternational – sənaye standartlarının və sürtgü materialları üzrə tədqiqatlar standartlarının ən böyük naşiridir. Bu nüfuzlu mükafatın qalibləri avtomobil sənayesinin ekspertlərindən ibarət olan müstəqil münsiflər heyəti tərəfindən seçilir.

Bu mükafat Chevron komandasının novator işinin və onun mühərrik yağları sahəsində tədqiqatlarda sıçrayışının tanınmasıdır. Hal-hazırda Chevron Lubricants Texaco və Caltex kimi brendlərə sahibdir.

“Biz mühərrik yağları haqqında tamamilə yeni şəkildə düşünməliyik”, – Chevronun nümayəndəsi, layihənin təşəbbüskarı və tədqiqat qrupunun rəhbəri James McGeehan demişdir. “Dizel mühərrikləri texnologiyasında paradiqma nəticələri – tərkibində sıfır faiz fosfor və 0,4%-dən az sulfat külü olan tamamilə yeni düsturlu mühərrik yağının yaradılmasıdır”.

McGeehanın sözlərinə görə, ultraaşağı miqdarda kül və sıfır miqdarlı fosforlu mühərrik yağının yeni düsturu sürtgü materiallarının dünya istehsalında oyun qaydalarını dəyişəcək əsas şərt ola bilər. 2014-cü ildən Şimali Amerikada, Avropa və Yaponiyada zərərli tullantıları azaltmaq üçün bütün yeni dizel mühərriklərinin his filtri ilə təchizatı tələbinə əməl olunmalıdır. Mühərrik yağının sərfiyyatı səbəbindən bu filtlər aşqarlar paketinin tərkibindəki metalların mühərrik yağının yanmasından yaranan his tullantılarını toplayır və vaxtaşırı təmizlənməyə məruz qalır ki, bu da nəqliyyat vasitəsinin qısa müddətə dayanmasını tələb edir, digər tərəfdən, xidmətə xərcləri artırır. Aşağıküllü mühərrik yağı texniki xidmətin bu tələbini əhəmiyyətli dərəcədə azalda, hətta ləğv edə bilir.

Həmçinin McGeehan əlavə etmişdir: “Tədqiqatlarda aparılmış sınaqlar nəticəsində mühərrik yağının yeni düsturu uzadılmış yağdəyişmə intervalı şəraitində yeyilmənin azalması və özlülüyə nəzarət üzrə çox yaxşı nəticələr göstərmişdir. Biz əmin olduq ki, mühərrik yağının yeni düsturu his filtrlərində kül tullantılarının miqdarını 78% azaldaraq, xidmət intervallarını əhəmiyyətli dərəcədə artırır”.

“Yağlarda aşağı küllük, fosforun olmaması dizel mühərrikləri istehsalçılarının (OEM), eləcə də benzin və təbii qaz daxil olmaqla digər yanacaq növlərinin istifadəsi imkanlarını genişləndirir. Bizim yeni məhsulumuz bütöv sənaye sahəsinin düşüncə tərzini dəyişməyə qadirdir”.

Azərbaycan bazarında göstərilən məhsulu Chevronun Azərbaycandaki səlahiyyətli distibyutoru STS İnternational şirkəti vasitəsilə əldə etmək olar.

http://az.trend.az/capital/business/2263223.html