Mühərrik yağı seçərkən müəyyən biliklər və bir qədər ehtiyyatlı olmaq gərəkir. Ən pis halda , Siz mühərrikinizə zərər yetirə bilərsiniz. Bu bölmədə siz mühərrik yağlarının seçilməsinı aid suallarınıza cavab tapacaqsınız.
Mühərrik yağının əsas rolu – təbii ki, sürtgü funksiyasıdır. Yağ sürtünən detalların üzərin nazik təbəqə əmələ gətirərək yanacağın alışması atıqlarını və xırda metal hissəciklərini udub özündə saxlayır.
Yağı brendin rəsmi təmsilçisindən və ya birbaşa brendin özü ilə çalışan xüsusi mağazalardan almaq vacibdir.
Bu halda Sizin avtomobilinizi bazarı dolduran saxta mallardan qoruyacağınıza zəmanət var. Yağ seçərkən istehsalçının sizin avtomobiliniz üçün yağlara və mayelərə qoyduğu tələbləri də göz önünə almaq lazımdır. Bu məlumat istifadə təlimatlarında mövcuddur. Formal tələblər ilə yanaşı (xüsusiyyətlər) orada həmçinin tövsiyyə olunan sürtkü materialları istehsalçının konkret yağ markaları göstərilir. Əgər avtomobil yeni deyilsə və istismar təlimatında göstərilən məlumatlar yetərli deyilsə ( və ya köhnəlibsə), siz özünüz növbəti parametrlərə əsaslanaraq yağ seçimi edə bilərsiniz.
Mineral yağlar neftın rafinə və distilə edilmə yolu ilə istehsal olunur. Mineral yağların iki növü var – naftenli və parafinli. Onların tərkibində çoxlu əlavələr mövcuddur və sürtkü xüsusiyyətlərini tez itirir. Bu yağlar quruluşu ilə və tərkibində olan hidrokarbonlarla fərqlənir . Xüsusilə əlverişli – parafinli təməl yağlarıdır, onların temperatur və qatılğ göstəriciləri daha yaxşıdır. Mineral yağın xarakteristikasının yaxşılaşdırılmasının bir üsulu da hidrokerkinqdir, bu halda atomların qruplaşması yolu ilə hidrokarbonların “düzəlməsi” baş verir ki, bu da izomerlərin alınmasına gətirib çıxarır. Bu üsulun çatışmayan cəhəti odur ki izomerləşmə əks istiqamətdə də gedir, buna görə də hidrokerkingli yağ xüsusiyyətlərinə görə sintetik yağlara yaxın olur, lakin öz kimyəvi xüsusiyyətlərini itirərək daha tez köhnəlir.
Sintetik yağlar müəyyən kimyəvi birləşmələr yolu ilə istehsal olunur, beləliklə bu məhsula arzuolunan istismar xüsusiyyətləri verilir, daha dəqiq desək maksimal kimyəvi və termik stabillik.
«Sintetik» mineral»a nisbətən bir çox üstünlükləri mövcuddur:
Bu iki tip mühərrik yağı arasında uzlaşma nöqtəsi yarımsintetik məhsuldur. Qismən sintetik yağ keyfiyyətli mineral (neft əsaslı) və sintetik təməl tərkinlərin qarışdırılması ilə əldə edilir. Nəticədə tam sintetik yağdan ucuz lakin mineral yağlardan daha yaxşı istismar xüsusiyyətləri olan yağ əldə edilir. Yarımsintetik yağ həmçinin bütün növ müasir mühərriklərdə istifadə edilə bilər.
Yağın ən əsas xüsusiyyətlərindən biri onun qatılığıdır. İlk növbədə mühərrikin şaxtalı havada işə düşməsinin asanlığı bundan asılıdır. Bu xüsusiyyət mühərrik yağının üç növünü müəyyən edir :bütün fəsillərə uyğun, qış və yay. SEA – avtomobilçi mühəndislər birliyi. SAE xüsusiyyəti yağın qatılığını müəyyən edən beynəlxalq standartdır.
Qış üçün yağ «W» hərfi və onun əvvəlində rəqəm ilə işarələnir (ingilis dilinin «winter»-qış): SAE 0W, 5W, 10W, 15W, 20W, 25W.
Yay üçün yağ sadəcə rəqəm ilə adlandırılır: SAE 20, 30, 40, 50, 60.
Bütün fəsillər üçün – bu yay və qış üçün göstəricilərin birləməsidir, misal üçün SAE 5W40, SAE 10W-40. “Qış üçün” indeksi minimum hansı temperatura dək yağın istifadə edilə biləcəyinin tövsiyyə edildiyini göstərir. “Qış” qatılığını seçərkən avtomobilinizin istismar olunacağı ərazidə olan orta qış temperaturunu nəzərə almaq gərəkir. Nəzərə almaq lazımdır ki, mühərrikin hər işə salınması zamanı (nəinki soyuq havada hətta müsbət temperaturlu havada) yağ nasosunun yağı sürtünmə sisteminin bütün hissələrinə çatdırmaq üçün zamana ehtiyacı var. Bu müddət ərzində mühərrik, belə adlandırmaq olarsa yağ “aclığı” rejimində çalışır, bu müddətdə hissələrin aşınması və sürtünməsi çox artır. Belə aydın olur ki, yağ aşağı temberaturlarda axıcılığını nə qədər uzun müddət saxlaya bilirsə, o qədər tez sistemə pompalanacaq və mühərriki işə salınma müddətində qoruyacaqdır.
Mühərrik yağlarını təsnifləşdirən dörd daha çox yayılan “təşkilat” mövcuddur: API, АСЕА (ССМС), ILSAC və QOST. API (American Petroleum Institute – Amerikan Neft institutu) yağ təsnifatında iki kateqoriya yağ mövcuddur: «S» (service) və «С» (commercial). Benzin mühərrikləri üçün “S” kateqoriyalı mühərrik yağları, dizel mühərrikləri üçün “C” kateqoriyalı yağlar. Etiketdə qeydlərdə hər zaman iki hərfdən ibarət qeydiyyat görmək olar: ilk hərif “S” və ya “C” , ikincisi isə latın əlifbasının mühərrik yağının sinfini göstərir( əlifbanın başlanğıcından nə qədər uzaq olsa yağın keyfiyyəti o qədər yüksəkdir). Hal hazırki halda API benzin mühərrikləri üçün növbəti qüvvədə olan sinfləri mövcuddur: SG (1989), SH (1993), SJ (1996), SL (2001), SM (2004), SN(2010). Minik avtomobillərinin, mikroavtobusların həmçinin kommersiya nəqliyyatının dizel mühərrikləri üçün : CF-4 (1990), CG-4 (1995), CH-4 (1998), CI-4 и CI-4+ (2002), CJ-4 (2010). Mötərizədə bu və ya digər spesifikasıyanın qüvvəyə minmə ili göstərilir.
1996-cı ildə yaranan ACEA (Аvropa avtomobil istehsalçıları assosiyasiyası), yağ təsnifatı, mühərrik yağlarının istifadə olunduğu sahələri daha dəqiq xarakterizə edir və onların istismar xüsusiyyətlərinə daha çox diqqət ayırır. Yağlar hərf (benzin mühərrikləri üçün – A, dizel üçün –B və E) və rəqəmlə (nə qədər böyük olsa yağın xüsusiyyəti o qədər yaxşıdır) işarələnir. Defis ilə təsdiq olunma və ya spesifika siyasının dəyişilmə ili göstərilir. Aşağıda göstərilən keyfiyyət sinifləri öz xarakteristikalarının yaxşılaşma dərəcəsinə görə sadalanır: Minik avtomobilləri, mikroavtobuslar, arabaların benzin mühərrikləri üçün: А1-96, А2-96, А3-96, А4-98, А5-2002. Minik avtomobilləri, mikroavtobuslar, furqonların dizel mühərrikləri üçün: B1-96; B2-96; B3-96, B4-98, В5-2002. ( E hərfi ilə işarələnən yağları nəzərdən keçirmirik çünki yük nəqliyyatları üçün nəzərdə tutulur). 2004 cü ildən başlayaraq ACEA da son nəsil istehsalı olan həmbenzin həm də dizel mühərriklərinə uyğun gələn yeni yağ sinifi yaranmışdır C (C-1, C-2, C-3, C-4). C sinfi olan yağlar – az hislidir(az həcimdə sulfat külü , kükürd və fosfor) və küllənməyə qarşı çox həssas olan işlənmiş qazların neytralizə edilməsi üçün ən yeni sistemlərlə uyğunlaşır.
Yağların ILSAC (International Lubricants Standardization Approval Committee) təsnifatlanması. 1993-cü ildə yaranmış ААМА (Amerika avtomobil astehsalçılar asossiasiyası) и JAMA (Yaponiya avtomobil istehsalçılar assosiasiyası) asossiasiyaları tərəfindən minik avtomobilllərinin benzin mühərrikləri üçün yaradılmış “Sürtgü materiallarının Beynəlxalq standartlaşma və təsdiqlənməsi komitəsi”. Əsasən də API keyfiyyət dərəcəsi tələblərinin dəqiqləşməsidir. Onların işlənməsinə yanaşma Amerika klassifikasiyasına müvafiqdir lakin daha yeni keyfiyyət sinifləri və sərt tələbləri mövcuddur. Mühərrik yağlarının bu spesifikasiyalı tələblərinə Siz 1990-cı illərdən başlayaraq istehsal olunan avtomobillərin istifadə təlimatlarında rast gələ bilərsiniz. Unutmayın həddən artıq “yaxşı” yağ olmur. Nə qədər ki, yağ keyfiyyətlidir və uyğun olaraq kvalifikassiyası yüksəkdir, o qədər də o hətta ən “köhnə” və işlənmiş mühərrikləri qoruyur.
QOST- MDB dövlətlərarsı standartı. Mühərrik yağları qatılığ və istismar xüsusiyyətlərinə görə təsnif olunur. Yağlar siniflərə (qatılığına görə) və qruplara (istismar xüsusiyyətlərinin səviyyəsinə və təyinatına görə) bölünürlər.
APİ yə uyğun qatılığ qablaşdırmada olan məhsulun çəkisini müəyyən etməyə kömək edir: API sıxlığ vahidi = (141.5 / nisbətən sıxlığı 15,6 oС) – 131.5.
Qatılaşma indeksi – yağın temperaturundan asılı olaraq qatılıq xarakterlərinin stabilliyini müəyyən edən hesablanma parametridir. Nə qədər qatılıq indeksi yüksək olsa – sərt temperaturda yağ o qədər rahat axır , və bir o qədər də mühərrikin 95-100C işlək temperaturunda yağ təbəqəsi o qədər stabildir (qatılığın daha yüksək göstəricisi) .
Alışma temperaturu yağın hansı temperaturda özlüyündən alışdığını göstərir. Dolayısı yolla işlək temperaturda yağın tullantısını xarakterizə edir. Alışmanın temperaturunun yüksək olduğu qədər yağın buxarlanması və tüstülənməsi az olur. Soyuma temperaturu yağın hansı temperaturda yağın axmasının dayandığını göstərir. Adətən bu temperatur qatılaşma temperaturu olan 5C dən fərqlənir. Sulfat külü çəkisi%- müasir yağlar üçün göstəricidir. Sulfat külü katalizatorları doldurur. API SM və xüsusilə SN kateqoriyalı yağlar üçün bu göstərici 1,0 dan aşağı olmalıdır. Qələvi miqdarı yanacaqda və yağda olan kükürdə görə mühərrikdə yaranması qaçılmaz olan turşu mühitini neytralizə edə bilmə qabiliyyətinin göstəricisidir. Yüksək qələvi miqdarı yaxşıdır. Lakin müasir yağlarda küllənmə məhdud olduğu üçün qələvi miqdarı 6-8 öv ni keçmir. Fosfor və sink kütləvi qismi% – katalizatorlar üçün zərərli olan maddələrin miqdarını göstərir. Bu göstəricilər nə qədər az olsa o qədər yaxşıdır.
Bu komponentlər adətən əlavələr kompleksinə daxildir, buna görə də aşağı göstəricilərdə yağın qoruyucu xüsusiyyətləri azala bilər. Kompromiss tələb olunur.