Qatılaşmış sürtgülər

Qatılaşmış sürtgülər

FM ALC EP 0,1,2

Bu sürtgü yağı qatı sürtgülər tələb edən avadanlıq üçün nəzərdə tutulmuşdur – konserv, içki, kartof və qarğıdalı çipsləri istehsal edən zavodlarda, konfet fabriklərində, ət və quş emalı zavodlarında, dondurulmuş yeyinti məhsulları və s. Istifadə olunan avadanlıqlar üçün. Sürtgü materialının  yeyinti məhsulları ilə təsadüfi təması mümkün ola bilən avadanlıqlar üçün xüsusən tövsiyə edlir.

FM CSC EP 1,2

Chevron FM CSC EP sürtgüsü – qəhvəyi rəngdə, iysiz, dadsız, əla suitələyən xassəli sürtgüləridir, pilləli suyun dərəcəsi yüksək, və ya ox dayaqları, demək olar ki, tamam suyun içində olan sahələrdə xüsusilə məsləhətlidir.Sürtgü materialının  yeyinti məhsulları ilə təsadüfi təması mümkün ola bilən avadanlıqlar üçün xüsusən tövsiyə edlir.

Delo Greases EP

Chevron Delo Greases EP  elastik sürtgüləri eksremal yüklənən nəqliyyat vasitələrində və sənaye avadanlığında  geniş istifadə üçün nəzərdə tutulmuşdur. Bu sürtgü yağı ağır şəraitdə,  uzun intervallarda, hətta yolsuz yerlərdə istifadəyə yararlıdır.

Delo Heavy Duty Synthetic Moly 5% Ep; Delo Heavy Duty Moly 5% Ep; Delo Heavy Duty Moly 3% Ep;Delo Heavy Duty Ep 1, 2

Yüksək təzyiqdə işləyən və ağır iş şəraitində istifadə olunan universal hərtərəfli sürtgü yağları xəttidir. Bu yağlar xətti  mühərrikin temperaturun geniş diapozununda isitifadəyə yararlıdır.

Delo Synthetic Greases SF

Delo Synthetic Grease SF yüksək səmərəli yarımmaye sürtgüdür, ekstremal yüksək və aşağı temperaturlarda, eləcə də xidmətarası uzunmüddətli intervallarla istismar olunan magistral avtomobillərin oxları üçün xüsusi yaradılmışdır. Treylerlər oxları üçün istifadə edilməsi tövsiyə edilmişdir.

Moly Greases EP

Chevron Moly Greases EP –ilişməyə qarşı  universal qatı yağlar ailəsidir (EP). Məxsusi seçilmiş yüksək təmiz təməl yağları əsasında 12- litium hidroksistearat qatılaşdırıcı, 3% molibden disulfidi, ilişməyə qarşı aşqarlar, korroiya və oksidləşmə inhibitorları əlavə edilməklə istehsal olunur.  Onlar tünd-boz və ya qara rəngdədir, həmcins yağlı tərkibə malikdir.

Multifak EP 1 2

Multifak EP ilişməyə qarşı universal yağlar ailəsidir. NLGI 000 markalı yağlar qırmızı rəngdədir və  qatı özlülüyə malikdir. NLGI 00, 0, 1 və 2  markalı yağlar  kəhraba rəngli, yağlı tərkiblidir.  Sürtgü materialının  yeyinti məhsulları ilə təsadüfi təması mümkün ola bilən avadanlıqlar üçün xüsusən tövsiyə edlir.

Black Pearl Greases EP

Black Pearl Grease EP  ilişməyə qarşı, sukeçirməyən əla xüsusiyyətli geniş məqsədli sürtgü ailəsidir. Avtotraktor və  sənaye avadanlığında ümumi istifadəyə nəzərdə tutulmuşdur. Əla keçirməyə və yağın az miqdarda verilməsinə görə  onlar  mərkəzi yağlama sistemlərində istifadəyə çox əlverişlidir.

Yüksək təmiz sürtgü –  kənd təsərrüfatında yüksək və aşağı temperaturlarda iş zamanı əla seçimdir.

Rykotac Greases EP

Yüksək təmizlənmiş sürtgü məhsulu – kənd təsərrütatı sahəsində, yüksək və aşağı temperaturda iş zamanı tədbiqi üçün ən yaxşı seçimdir.

Starplex EP

Starplex – ağır yüklənmiş şassilər, təkərlərin ox dayaqları və universal məqsədlərdə istifadə üçün suya davamlı, ilişməyə qarşı sürtgü yağlarıdır. Bu sütrgü məhsul yük və minik avtomobilləri, traktorun  podşipnikləri, təkərli şassi və s. əla seçimdir.

Starplex Premium

Starplex Premium – bu sürtgü yağı litium kompleksi, yüksək özlülüklü yağlar təməlində, xüsusi polimer aşqarlarla hazırlanır, ilişməyə qarşı davamlı edir, korroziyadan, oksidləşmədən, yeyilmədən və su ilə sürtülmədən qoruyur.

Ulti-Plex Greases EP

Ulti-Plex Grease EP  litium kompleksi təməlində suya davamlı qatı sürtgüdür. Bənövşəyi rəngdədir, qatı yapışqan kimidir, -26 С° -dən 177 С-yə qədər geniş temperatur diapazonunda universal istifadəyə tövsiyə edilir. Əla yapışma xassələri və təkmilləşdrilmiş suya davamlılığı vardır.

Qatı sürtgü yağları məxsusi olaraq yüksək təzyiqlərdə, yüksək və aşağı temperaturlarda istifadəyə nəzərdə tutulmuşdur. Dəyişmə intervallarının uzadılması tələb olunan sistemlərin yağlanmasında istifadə üçün idealdır.

Ulti-Plex HV Synthetic Greases EP

Ulti-Plex  Synthetic Grease EP yüksək yüklənmə şəraitində, yüksək və aşağı temperaturlarda istifadə üçün məxsusi yaradılmış elastik sürtgü materialıdır. Xidmət intervalları uzadılmış sistemlərin yağlanmasında istifadə üçün idealdır.

Ultra-Duty Grease HD 00

Ultra-Duty Grease HD 00 yarimmaye sürtgüdür, NLGI 00 sürtgünün müəyyən etdiyi  dişli ötürmələrdə istifadəsi tövsiyə olunur.

Ultra-Duty Grease EP NLGI 0, 1, 2

Chevron Ultra-Duty Grease EP –  yüksək təzyiqlərdə yüksək yapışqanlı xassəli işlər üçün universal qatı sürtgülərdir. Yüksək temperaturda işləyən texnika istisna olmaqla, ağır şəraitdə istismar olunan avtomobil nəqliyyatı, sənaye avadanlığı üçün nəzərdə tutulur. Adətən bu sürtgü yağları dağ avadanlığında, inşaat texnikasında,  yükləmə-yükü boşaltma vasitələrində, gəmi avadanlığında və kranlarda, neft hasilatı avadanlığında, dəniz qazma texnikasında, kağız emal edən maşınlarda, meşə avadanlığında, daş karxanaları texnikasında və suda, tozlu və palçıqlı şəraitdə işləyən digər texnikalarda istifadə edilir.

Sil-X Greases NLGI 1,2

Sil-X Greases çox yüksək temperaturda əriməyən sürtgü yağı tələb edən sənayedə istifadəyə əlverişlidir. Bu sürtgü məhsullar çəkiləcək boya, keramik, ocaq vaqonetlərdə və s. yağını üçün tətbiq edilə bilər.

Coupling Grease

Coupling Grease  yüksək yapışqanlı xassəli qəhvəyi sürtgüdür, müxtəlif tip yüksək sürətli elastik muftalar üçün əlverişlidir. Yüksək özlülüklü təməl yağlarından litium qatılaşdırıcı, paslanma və oksidləşmə inhibitorları əsasında, həmçinin ilişməyə qarşı yapışqanlılığı artıran polimer aşqarlardan hazırlanır. Formulu yüksəksürətli dişli və ya tor muftalarda  mərkəzdənqaçma qüvvələrin təsiri ilə yağın ayrılmasından yüksək müdafiə ilə  xüsusi yaradılmışdır. Yağ qatının möhkəmliyini artırmaq üçün  tərkibində polimerlər vardır.  AGMA CG-1 və CG-2 tipli muftaların sürtgü yağlarına olan  tələblərinə cavab verir.

Sənaye avadanlığının yüksək sürətli tor, dişli və zəncirli muftaların müdafiəsi üçün tövsiyə olunur.

Curve Grease

Curve Grease tərkibində 12% qrafit olan kalsium qatılaşdırıcılı həmcins qatı səmərəli sürtgüdür. Dəmir yolun əyri xətli sahələri üçün tövsiyə olunur.

Open Gear Lubricants

Open Gear Lubricants – açıq ötürmələr üçün sürtgü materiallarıdır. Asfalt təməlində qara özlülüklü məhsullardır, həll edici qatılmış, xlor birləşmələri olmayan, əl ilə istifadəni və ya avtomatik yağlama sistemləri ilə yağlamanı asanlaşdıran sürtgüdür. Yağlanan dişlərdə yeyilməni azaltmaq üçün çox möhkəm yağ qatı yaradır. Tərkibindəki həll edici ozon qatına ziyan vurmayan  maddələr sinfinə aiddir.

Petrolatum snow WH

Petrolatum Snow White  külsüz mineral yağların və xüsusi neft parafininin qatışığıdır, yumşaq struktura malikdir, elastik sürtgüyə analojidir.Bu qarışığı əczaçılıq və kosmetika sahəsində tətbiq edilir, məsələn:

  • Maz
  • Günəşdə qorunmaq üçün məhsullar
  • Saçların qulluğu üçün məhsullar və s.