Sintetik xüsusiyyətli , ISOSYN təməl yağları əsasında istehsal olunan premium sinif yağlar, korroziya yaranması və paslanmadan qoruyur, köpüyün yaranmasını minimuma endirir, aşınmadan qoruyur, yaxşı filtrasiyaya şərait yaradır. Onların hidravlik alətlərin və ya yağın sirkulyasiya sisteminin həmçinin gəmilərin göyərtəsində , geniş temperatur diapazonunda çalışan avadanlıqlarda istifadəsi tövsiyyə edilir.
Rando HD Premium oil MV – bu hidravlik nasosun maksimal müdafiəsi üçün işlənən hazırlanmış qatılaşdırılmış universal sürtgü yağıdır. Rando HD Premium Oil MV ISO SYN təməl yağları əsasında hazırlanır və yüksək qatılaşma indeksi və stabillik əlavələri vardır.
Hidravlik nasosların maksimal müdafiəsi üçün işlənib və hazırlanıb. Paslanma və oksidləşmə inhibitorları, aşqarlar, aşınmanın, köpüklənmənin, aerasiyanın qarşısını alan, həmçinin yüksək qatılıq dərəcəsi olan və stabillik təmin edən əlavələri ilə yüksək dərəcəli təmizlənmiş ISOSYN təməl yağları əsasında istehsal olunur.
Onların hidravlik alətlərin və ya yağın sirkulyasiya sisteminin həmçinin gəmilərin göyərtəsində , hidravlik yük bunkrelərində və ya geniş temperatur diapazonunda çalışan avadanlıqlarda istifadəsi tövsiyyə edilir.
Transmissiyalarda, baş ötürücülərdə, əyləcin yağ sistemlərində, traktorların və ümumi çənin istifadə olunduğu digər avadanlıqların hidravlik sistemlərində istifadə olunması üçün xüsusi olaraq hazırlanmış yüksək keyfiyyətli, çox funksiyalı məhluldur. Bütün növ kənd təsərrüfatı traktorları və avadanlıqlarında istifadəsi tövsiyyə edilir. Tərkibinə əlavələrin qatılaşma indeksini yaxşılaşdıran, korroziya və oksidləşmə inhibitoru, aşınmaya qarşı əlavə və aşqar, möhkəmliyi artıran qoruma qatı, köpüklənməyə qarşı əlavə, depressor əlavə, donma temperaturunu azaldan əlavələrlə sintetik təməl yağları daxildir (PAO). Xarakterik narıncı rəng məhsulun tanınmasını və axma zaman müəyyən edilməsini asanlaşdırır.
Hidravlik nasosların maksimal müdafiəsi üçün işlənib və hazırlanıb. Xüsusilə yollarda və yoldankənarda quraşdırılmış ağır texnikanın nasos və hidravlik sisteminin maksimal qorunması üçün xüsusi hazırlanmış yüksək keyfiyyətli hidravlik yağdır.
Transmissiyalarda, əsas ötürücülərdə, traktorların və ümumi çənli digər avadanlıqlarda yağdoldurulmuş (“yaş”) əyləclərdə və hidravlik sistemlərdə istifadə üçün hazırlanmış yüksək keyfiyyətli çoxfunksialı transmissiya-hidravlik maye. ISOSYN™ təməl yağları əsasında antioksidləşdirici, antikorroziya, aşınmaya qarşı, yeyilməyə qarşı və köpüklənmməyə qarşı əlavələri ilə hazırlanır. Həmçinin tərkibində qatılaşma indeksinin artırılması və donma temperaturunun aşağı salınması üçün əlavələr vardır.
Clarity Hydraulic oils AW həm sənayedə həm də ekoloji həssas ərazilərdə istifadə olunan hidravlik nasosların maksimal müdafiəsini təmin etmək üçün təyin edilmişdir. Bu yağların istifadəsi ətraf mühitə təsadüfü atılma və ya axma nəticəsində yarana biləcək təhlükələrin səviyyəsini azaldır. Sinksiz tərkibi sayəsində yağ nasos porşenlərində mövcud olan əlvan metalla iş üçün çox uyğundur. Ekoloji həssas ərazilərdə çalışmaq üçün çox gözəl uyğun gəlir.
Chevron Clarity Hydraulic oils AW yağları USDA tələblərinə cavab verir , ət kombinatları və quşçuluq fermalarında H2 yerinə yemək məhsulları ilə əlaqəsi olmayan yerlərdə sürtgü kimi istifadə edilə bilər.
Yüksək performanslı sənaye həmçinin ekoloji həssas sahələrdə istifadə olunan hidravlik nasosların maksimal müdafiəsi üçün istehsal edilmişdir. Chevron Clarity hidravlik porşenli, çarxlı , dişli, mobil və stasionar pompaların itifadəsi üçün nəzərdə tutulan AW hidravlik yağdır.
Hydraulic oils AW hidravlik pompanın mükəmməl müdafiəsi üçün işlənib hazırlanmışdır. Əksər hallarda xüsusilə təziqin 1000psi keçmədiyi porşenli, çarxlı , dişli pompa sistemlərində istifadə olunur. Həmçinin onlar az yüklənməli porşenli kompressorlarda istifadə oluna bilərlər.
Ekstrimal istismar şəraitində istifadə üçün unikal hidravlik yağdır. Yüksək dərəcəli təmizlənmiş az qatılaşma dərəcəli təməl yağları əsasında istehsal olunur. Universal istifadə üçün istehsal olunmuşdur ekstrimal soyuğ şəraitdə istismar olunan sənaye avadanlığı və avtomobillərin hidravlik sistemində istifadə oluna bilər. Yağın dəyişilməsində böyük intervallara malikdir və oksidləşməyə qarşı maksimal davamlılığa malikdir.
Chevron şirkətinin öncül texnalogiyaları ilə yaradılmış hidravlik sistemlər üçün (HFC) alova davamlı işlək məhlul. Məhsul 7-ci Lyuksenburq hesabatında formalaşmış tələblərə tam cavab verir. Hətta ən yüksək təmaslı gərginlik mühitində belə yağlılığın yüksək göstəriciləri paslanmanın və aşınmanın yaranmasının qarşısının alınmasını təmin edən mükəmməl korroziyaya qarşı keyfiyyətdədir.
Chevron Hydraulic Safety fluid mayesi – bu aşınmaya qarşı aşqarların və paslanma inhibitorlarının əlavə edildiyi dietilen maye qarışımıdır.