Ekspress yağdəyişmə mərkəzi xidmətindən istifadə et və havayı kupon al

STS International şirkəti yeni satış sonrası servis mərkəzinə müraciət edəcək bütün avtomobil sahiblərinə 5-31 Mart 2014 tarixlərində xüsusi kuponlar təqdim edəcək ki, bu kuponlar vasitəsilə servis xidmətlərindən istifadə edən avtomobil sahibləri növbəti seçimlərdən birini (yanacaq (5AZN), business lunch, avtoyuma) pulsuz əldə edə biləcəklər.

Biz gələcək müştərilərini əmin edirik ki, ekspress-yağdəyişmə üzrə servis mərkəzinə müraciət edən avtomobil sahibləri təcrübəli personal tərəfindən yüksək keyfiyyətli xidmətlərlə təmin olunacaq. STS International şirkətinin rəsmi yağdəyişmə mərkəzində istehlakçılara təqdim olunacaq bütün məhsullar (Havoline, Delo, Supreme, Ursa ticarət nişanları) ABŞ-ın, Chevron Lubricants şirkəti tərəfindən istehsal olunmuşdur.

Ünvan: Mətbuat pr. 58, (Murad Petrol yanacaq doldurma məntəqəsinin ərazisi)