Premium sinifli təməl yağların əsasında yaranmışdır, reduktorlu və ya reduktorsuz qaz və buxar turbinlərində istifadə edilir. GST 2300 yağları reduktorlu və ya reduktorsuz qaz və buxar turbinlərində istifadə üçün çox məsləhətlidir. Bu məhsullar hava kompressorları daxil olmaqla, sənaye avadanlığı üçün tövsiyə olunur, həmçinin R&O əlavəli yağlar məsləhət edilərkən də tətbiq olunur.
Bu yağlar Premium sinifli təməl yağların əsasında yaranmışdır, qaz, buxar, hidroelektrik turbinlərin ox dayaqlarının yağlanmasına olan ciddi tələblərə uyğundur, həmçinin dəniz texnikası reduktorlarının yağlanmasında istifadə edilir. Bu məhsullar sənaye avadanlığı üçün tövsiyə olunur, həmçinin R&O əlavəli yağlar məsləhət edilərkən də tətbiq olunur.
Regal R&O yağları paslanmadan, oksidləşmədən qoruyur, köpüklənməni azaldır. Yüksək təmizləmə səviyyəsinə görə bu yağlar yüksək termooksidləşmə sabitliyə malikdir, səmərəli əlavələrin unikal paketi ilə daha da yaxşılaşdırılmışdır.Termosabitlik və oksidləşməyə davamlılıq oksidləşmə prosesində tullantıların və aşındırıcı birləşmələrin yaranmasının qarşısını alır. Onlar uzun müddətli çox yüksək temperaturlara davamlıdırlar.
Symbol 2190 TEP turbin yağı dəniz texnikasının dişlərinə həddən artıq yük düşən reduktorarında istifadə üçün tövsiyə edilir. Bu yağ ekstremal təzyiqdə iş zamanı yumşaq müdafiə edir, həmçinin paslanmaya, oksidləşməyə, korroziyaya qarşı davamlıdır və köpüklənmənin qarşısını alır.
Synthetic Turbine Oil SGT – yüksək keyfiyyətli, çoxatomlu mürəkkəb efirli sintetik təməl yağı əsasında səmərəli turbin yağıdır. Stasionar aviasiya tipli qaz turbinlərində, həmçinin gəmilərdə istifadəyə məsləhətlidir. Əlavələrin dəqiq yoxlanmış paketi oksidləşməyə və termal yüklənməyə yüksək davamlıdır və ekstremal yüksək temperatura dözümlüdür.